"Mən artıq o məclislərə getmək istəmirəm"

"Mən artıq o məclislərə getmək istəmirəm"
13:52 13 İyun 2017
94 Şou
Ölkə mətbuatı
A- A+

Xalq artisti Fatma Mahmudova ilə aktrisa Xuraman Əlizadənin küsülü olması haqda söhbət yayılıb.

Milli.Az axşam.az-a istinadən bildirir ki, F.Mahmudova "10-dan sonra" verilişində aralarındakı soyuqluğa aydınlıq gətirib. 

O deyib ki, danışmamaqlarına səbəb xına mərasimi olmayıb:

"Keçən dəfə Xuramanla mənim adım hallandı. Əksinə, həmişə demişəm ki, Xuramanın Tünzalənin (Tünzalə Əliyeva), Ülviyyənin (Ülviyyə Əliyeva), Fatimənin (Fatimə Fətəliyeva), Nazilənin (Nazilə Səfərli) xınada olması, aparması tamam başqa aləmdir. İndi ofisiant, qarmonçalan, nağaraçalan - yoldan keçən hamı xına aparır. Mən artıq o məclislərə, həqiqətən, getmək istəmirəm. Valideyn də fikirləşməlidir ki, ucuz, bahalığa baxmaq lazım deyil.

Əsas odur, valideyn fikirləşsin ki, mənim övladımın məclisini kimlər idarə edir. Xuraman həm aparıcı, həm aktrisa kimi çox istedadlıdır. Ağlıma da gəlmir ki, mən onun arxasınca danışım. Əksinə, deyirəm ki, aktrisaları, müğənniləri xınaya aparın. Tibb bacılarını, kamera çəkənləri niyə aparırsan? Qızımla məni də dəvət edirlər, gedirəm. Sənətkarıq, getməliyik. Amma mənim üçün ən vacibi öz sənətimdir".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/553873.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR