Qətər böhranını bu iki lider həll edəcək - RƏSMİ

Qətər böhranını bu iki lider həll edəcək - RƏSMİ
13:53 13 İyun 2017
92 Dünya
Ölkə mətbuatı
A- A+

Türkiyə prezidenti Pəcəb Tayyib Ərdoğan amerikalı həmkarı Donald Trampla telefon danışığında Qətər böhranını müzakirə edəcək.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, bu haqda ölkənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

"Bizim prezidentimiz yaxın günlərdə Trampla telefon söhbəti edəcək. Tərəflər danışıqların gedişatında Qətər ətrafında yaranan vəziyyəti müzakirə edəcəklər",

Xatırladaq ki, iyunun 5-də Səudiyyə Ərəbistanı, Misir, Bəhreyn və BƏƏ Qətərlə diplomatik əlaqələri kəsdiklərini bəyan etdi. Onlar qərarlarını Qətərin apardığı siyasətin bölgədə təhlükəsizliyə mənfi təsiri, terrorizmə dəstək və İrana yaxın qruplaşmalara maddi yardım göstərməsi ilə əsaslandırıblar. Ardınca Liviya, Yəmən, Maldiv adaları, Mavrikiy və Mavritaniya Qətərlə diplomatik əlaqələrin dayandırıldığını açıqlayıb. Ölkələr həmçinin hava məkanlarını Qətər üçün bağlı elan ediblər.

İyunun 9-da isə Türkiyə prezidenti Qətər ərazisində türk hərbçilərinin yerləşdirilməsinə haqqında sazişin ratifikasiya edilməsi haqqında sərəncam imzalayıb. Türkiyə və Qətər arasında ikitərəfli əməkdaşlığın möhkəmləndirilməsinə dair 2014-cü ildə imzalanmış saziş Qətər ərazisində Türkiyənin hərbi bazasının yaradılmasını nəzərdə tutur.

Ömər Dağlı


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/202412.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR