Bakının əsas yollarında sürət həddi endirildi

Bakının əsas yollarında sürət həddi endirildi
13:54 13 İyun 2017
32 Digər
Ölkə mətbuatı
A- A+

Yağışlı hava ilə əlaqədar paytaxtda  iki əsas avtomagistralda sürət həddi aşağı endirilib.

 

Bakı Nəqliyyat Agentliyindən ( BNA ) Lent.az-a verilən məlumata görə, Heydər Əliyev prospekti Buzovna dairəsinədək və Zığ dairəsi - Hava limanı yolunda bütün zolaqlar üzrə sürət həddi 20 km/ saat endirilib. Məqsəd yollarda hərəkətin təhlükəsizliyini təmin etməkdir.

 

Həmçinin bildirilir ki, R.Behbudov küçəsi istisna olmaqla, hazırda paytaxtın digər küçə və prospektində nəqliyyat vasitələrinin normal hərəkəti müşahidə edilir.

 

Bütün sürücülərdən yollardakı sürət həddinə əməl etmələri xahiş edilir.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/276866

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR