"Qəbələ"nin sabiq futbolçusu: "Sərfəli təklif gözləyirəm"

"Qəbələ"nin sabiq futbolçusu: "Sərfəli təklif gözləyirəm"
14:05 13 İyun 2017
52 İdman
Ölkə mətbuatı
A- A+

Mövsüm başa çatdıqdan sonra "Qəbələ"dən göndərilən Sergey Zenyov gələcək karyerasından danışıb.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, Estoniya millisinin üzvü yeni klubunun adına yaxın günlərdə aydınlıq gələcəyini deyib:

"Bildiyiniz kimi, "Qəbələ"dən ayrılmışam və təklifləri nəzərdən keçirirəm. Təkliflər var, amma mən sərfəli təklif gözləyirəm. Ümid edirəm ki, hər şey yaxşı olacaq. Heç bir klubunun düşərgəsinə baxışa yollanmayacam. Birbaşa müqavilə imzalamaq niyyətindəyəm". 

Qeyd edək ki, Sergey Zenyov "Qəbələ"nin heyətində 47 oyunda meydana çıxıb və 7 dəfə rəqib qapılarına yol tapıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/553878.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR