Lionel Messi toya hazırlaşır - Tarix açıqlandı - FOTO

Lionel Messi toya hazırlaşır - Tarix açıqlandı  - FOTO
14:05 13 İyun 2017
Ölkə mətbuatı
A- A+

İspaniyanın "Barselona" klubunun argentinalı ulduzu Lionel Messi qeyri-rəsmi nikahda olduğu xanımı Antonella Rokkuzzo ilə birlikdə İspaniyanın İbisa kurortunda istirahət edirlər.

Milli.Az ABC-yə istinadən bildirir ki, Messi istirahət üçün dəbdəbəli yaxta kirayələyib.

Bu arada Lionel Messi xanımı ilə münasibətlərini rəsmiləşdirməyə hazırlaşır. Nikah və toy iyunun 30-da futbolçunun doğma Rosario şəhərində olacaq.

Toya "Barselona"nın bütün oyunçuları, həkimləri, fizioterapevtləri və s. dəvət olunub.

Fəqət, "Barselona"nın sabiq baş məşqçisi Luis Enrike və məşqçilər qərargahı, habelə "Barselona" rahbərliyi, o cümlədən klubun prezidenti Jozep Bartomeu toya dəvət almayıblar.

Messinin dediyinə görə, toyda qonaqların verəcəkləri bütün hədiyyələr xeyriyyə fonduna bağışlanacaq.

İspaniyanın Barselona şəhərindəki "9reinas" restoranında da toy məclisi olacaq. Bu məclisə 600 qonaq dəvət olunub.

30 yaşlı Lionel Messi ilə 29 yaşlı Antonella Rokkuzzo 10 ildən bəri qeyri-rəsmi nikahdadırlar.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/553766.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR