Tələblərə cavab verməyən QHT və dini təşkilatlar cərimələnəcək

Tələblərə cavab verməyən QHT və dini təşkilatlar cərimələnəcək
14:05 13 İyun 2017
23 Ölkə
Ölkə mətbuatı
A- A+

Milli Məclisinin bu gün keçirilən iclasında İnzibati Xətalar Məcəlləsinin 598-ci (Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin pozulması) maddəsinə təklif edilən əlavə müzakirəyə çıxarılıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, layihə barədə məlumat verən Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, layihəyə əsasən məcəllənin 598.1 (monitorinq iştirakçıları və monitorinqdə iştirak edən digər şəxslər tərəfindən müştərinin, onun nümayəndəsinin və ya benefisiarın eyniləşdirilməsi, verifikasiyası və məlumatın sənədləşdirilməsi ilə bağlı tələblərə riayət olunmamasına) hissəsində nəzərdə tutulmuş xətanın qeydə qeyri-hökumət təşkilatı, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının Azərbaycandakı filial və nümayəndəliyi, yaxud dini təşkilatlar tərəfindən törədilməsinə görə, vəzifəli şəxslər 800 manatdan 1500 manata qədər, hüquqi şəxslər 8 000 manatdan 15 000 manata qədər cərimə olunacaq.
 
Layihə səsə qoyularaq qəbul olunub. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/553892.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR