“Rusiyaya qarşı müharibəyəyə başlayaq!” - ŞOK TƏKLİF

“Rusiyaya qarşı müharibəyəyə başlayaq!” - ŞOK TƏKLİF
14:08 13 İyun 2017
93 Dünya
Ölkə mətbuatı
A- A+

Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şuranın katibi Aleksandr Turçinov Rusiyanın hibrid təcavüzünə qarşı Ukrayna Silahlı Qüvvələrindən istifadə etməyi təklif edib.

Publika.az xəbər verir ki, Turçinov bu haqda “İnterfaks” agentliyinə müsahibəsində deyib.

“Ölkənin müdafiəsi üçün effektiv texnologiyalar lazımdır. Amma bunun üçün prezidentə Rusiyanın hibrid təcavüzünə qarşı Ukrayna Silahlı Qüvvələri və başqa hərbi birləşmələri tətbiq etmək hüququnu vermək vacibdi. Prezidentə bu hüququ verməklə ölkənin şərqində terrorçuluğa qarşı əməliyyatları başa çatdırmaq və dövlətin müdafiəsinin yeni formatına keçmək lazımdır”, - Turçinov bildirib.

Onun fikirincə, Donetsk və Luqansk vilayətlərinin bəzi regionlarının azad olunması üzrə dövlət siyasətinin əsaslarının qanunverici səviyyədə müəyyən etməyin vaxtı çatıb.

Xatırladaq ki, Turçinov daha əvvəl Moskvanın alınması haqqında danışıb. Mayın sonunda Donetsk vilayətinə gələn Turçinov bildirib ki, silahlı konflikt yalnız Ukrayna ordusu Moskvanı alacağı halda bitəcək.

Ömər Dağlı


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/202413.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR