"Cocuq Mərcanlıda əməliyyatlar ayın sonuna kimi yekunlaşacaq"

"Cocuq Mərcanlıda əməliyyatlar ayın sonuna kimi yekunlaşacaq"
14:17 13 İyun 2017
33 Ölkə
Ölkə mətbuatı
A- A+

Cəbrayıl rayonunun işğaldan azad olunmuş Cocuq Mərcanlı kəndində ərazinin mina və partlamamış hərbi sursatlardan təmizlənməsi əməliyyatları davam etdirilir.

Milli.Az xəbər verir ki, Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) APA-ya verilən məlumata görə, bu ilin iyun ayının sonuna kimi əməliyyatların tamamlanması planlaşdırılır.

Agentlikdən bildirilib ki, Cocuq Mərcanlı kəndində 25 hektara qədər təmizlənməmiş ərazi qalıb.
 
Qeyd olunub ki, Cocuq Mərcanlıda indiyədək aparılan mina təmizləmə əməliyyatları nəticəsində 2 553 746 kv.m (255.37 ha) ərazi tam təmizlənib, 1 408 040 kv.m (140.80 ha) ərazi isə xüsusi mexaniki vasitələrlə təmizləmə üçün hazırlanıb. (Cəmi: 3 961 786 kv.m (396.18 ha)).

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/553881.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR