Bu gecə ilk Qədr gecəsidir

Bu gecə ilk Qədr gecəsidir
14:17 13 İyun 2017
862 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 13 iyun. REPORT.AZ/ Bu gün Azərbaycanda Ramazan ayının ilk Qədr gecəsi (əhya) qeyd olunacaq.
Qafqaz Müsəlmanları İdarəsindən "Report"a verilən məlumata görə, ilk Qədr gecəsi Ramazan ayının 18-ci gününə, yəni iyunun 13-dən 14-nə keçən gecəyə təsadüf edir.
Ramazan ayının ikinci Qədr gecəsi iyunun 15-dən 16-na, üçüncüsü 17-dən 18-nə keçən gecən qeyd olunacaq.
Ramazan ayının sonuncu Qədr gecəsi Ramazan ayının 26-cı günü, yəni iyunun 21-dən 22-nə keçən gecəyə təsadüf edəcək.
Qeyd edək ki, Qədr gecəsi Allahın kitabı "Quran"ın nazil olduğu gecədir. "Qurani-Kərim" İslam peyğəmbərinə 23 il ərzində hissə-hissə və Qədr gecəsində bütövlükdə nazil olub. 

Xəbərin orijinal ünvanı: https://report.az/din/bu-gece-ilk-qedr-gecesidir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR