Oğlu aşıq Ədalətin səhhətindən danışdı

Oğlu aşıq Ədalətin səhhətindən danışdı
14:22 13 İyun 2017
76 Şou
Ölkə mətbuatı
A- A+

Aşıq Ədalətin səhhətinin yenidən pisləşməsi ilə bağlı xəbər yayılıb.

Milli.Az bildirir ki, aşığın oğlu Hekayət Lətifov axşam.az-a açıqlamasında deyib ki, atasını bu gün Türkiyəyə aparırlar:

"Səhhətində o qədər də ciddi pisləşmə yoxdur. Bəzi problemləri var. Ona görə də Türkiyəyə gedir. Müayinə olunacaq, dəqiq diaqnoz qoyulacaq. İndi yola hazırlaşdığı üçün zənglərə cavab verə bilmir".

H.Lətifov atasının əməliyyat olunub-olunmayacağı ilə bağlı suallara "Müayinədən sonra dəqiq bilinəcək" cavabını verib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/553899.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR