Deputatlar da "kommunal pulu"ndan narazıdırlar

Deputatlar da "kommunal pulu"ndan narazıdırlar
14:27 13 İyun 2017
55 Ölkə
Ölkə mətbuatı
A- A+

Yeni hündürmərtəbəli binalarda mənzil tikinti koorporativləri kommunal xərcləri yığırlar. Elə yerlər var ki, bir mənzil üçün 150-200 manat aylıq pul alınır. Sanki, kirayə haqqı ödənilir.

Milli.Az report-a istinadən xəbər verir ki, bunu Milli Məclisin deputatı Zahid Oruc parlamentin bu gün keçirilən növbədənkənar plenar iclasında Mənzil Məcəlləsinə dəyişiklik layihəsi müzakirə olunarkən deyib.

O bildirib ki, birbloklu mənzillərdə mühafizəçiyə ehtiyac yoxdur: "Texnologiya inkişaf edib, ona görə də mühafizəçi olmaya da bilər. Lift pulu ilə bağlı da fərqli yanaşma olmalıdır, binanın 16-cı mərtəbəsindəki mənzillə aşağı mərtəbələrdəki mənzillər arasında fərq olmalıdır, bunların pulu eyni ola bilməz. MTK-lar binadakı təmizlik işlərinə, bir də, 5-7 ildənbir binanın fasadını yeniləyirlər, əvəzində xeyli pul alınır".

Digər deputatlar da MTK-ların sakinlərdən pul yığmasına etiraz edib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/553898.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR