Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı: “PKK-nın İrandan da silahla təmin olunduğu müəyyən edilib”

Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı: “PKK-nın İrandan da silahla təmin olunduğu müəyyən edilib”
14:32 13 İyun 2017
54 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 13 iyun. REPORT.AZ/ “Terrorçu PKK qruplaşması Suriya və İraqdan başqa İrandan da silahla təmin edilir”.
“Report” NTV-yə istinadən xəbər verir ki, bu barədə Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının son 6 ayda PKK qruplaşmasına qarşı keçirilən əməliyyatla bağlı hesabatında bildirib.
Cari il yanvarın 1-dən iyunun 12-dək keçirilən antiterror əməliyyatı nəticəsində Türkiyədə 431 terrorçu məhv edilib, 16-sı yaralanıb, 82-si sağ tutulub. Hesabata görə, ölkə xaricində 406 terrorçu məhv edilib, 46-sı yaralı halda tutulub.
Xəbərdə PKK-nın xaricdən silah-sursatla təmin edilməsi haqqında arayış da təqdim edilib: “Bu istiqamətdə Türkiyənin Van əyalətinin Gürpinar rayonunda terrorçu qruplaşmaya aid çoxlu sayda silah-sursat aşkarlanaraq götürülüb. PKK-nın Suriya və İraqdan sonra İrandan da silahla təmin olunduğu müəyyən edilib”.

Xəbərin orijinal ünvanı: https://report.az/region/pkk-nin-i-randan-da-silahla-temin-olundugu-mueyyen-edilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR