İran 17 nəfərin qətlinin sifarişçisini tapdı: “Əlimizdə dəqiq məlumat var”

İran 17 nəfərin qətlinin sifarişçisini tapdı: “Əlimizdə dəqiq məlumat var”
14:38 13 İyun 2017
63 Dünya
Ölkə mətbuatı
A- A+

“Səudiyyə Ərəbistanı terrorçulardan İrana hücum etmələrini istəyib”.

Publika.az “Fars” agentliyinə istinadən xəbər verir ki, bu haqda İran İnqilab Keşikçiləri Korpusunun (SEPAH) komandiri general Məhəmməd Əli Cəfəri deyib.

“Terrorçular ABŞ, İsrail və Səudiyyə Ərəbistanı tərəfindən dəstəklənib. Əlimizdə Səudiyyə Ərəbistanının terrorçulara əhəmiyyətli dəstək verdiyi və onlardan İrana hücumu etmələrini istədiyini göstərən dəqiq məlumatlar var”, - o bildirib.

Xatırladaq ki, iyunun 7-də silahlı şəxs Tehranda parlament binasına və Ayətullah Xomeyninin türbəsinə hücum ediblər. 17 nəfərin öldüyü, 40-dan çoxunun yaralandığı hücuma görə məsuliyyəti İŞİD terror qruplaşması üzərinə götürüb.

Ömər


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/202422.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR