Ailəsi üçün qızıl dişlərini satan atanın övladı AĞIR DURUMDA - YARDIM

Ailəsi üçün qızıl dişlərini satan atanın övladı AĞIR DURUMDA - YARDIM
14:39 13 İyun 2017
59 Digər
Ölkə mətbuatı
A- A+

 

8 yaşlı Sərvan Ağalarlı böyrək çatışmazlığından əziyyət çəkir.

 

Lent.az-ın həkimlər Sərvana sol böyrəyin çürüməsi diaqnozu qoyublar. O, sabah mütləq əməliyyat olunmalı və böyrəyi çıxarılmalıdır. Əməliyyat gecikdirilsə, böyrəyi partlaya bilər.

 

Ailənin maddi vəziyyəti əməliyyatın həyata keçirilməsinə imkan vermir. Azyaşlının ailəsinə yardım etmək istəyən xeyirxah insanlardan aşağıdakı nömrə ilə əlaqə saxlamalarını xahiş edirik. 

 

Yardım etmək istəyənlər üçün əlaqə nömrələri:

 

Qədir Ağalarov (atası):

055 568 65 71

077 600 07 08

 

Qeyd edək ki, Sərvan və ailəsi ilə  bağlı Lent.az-ın əməkdaşı reportaj hazırlamışdı. Ailə artıq neçə ildir ki, dəmir konstruksiyada yaşayır. Çətin durumda yaşayan ailənin başçısı Qədir övladlarından ötrü əlindən gələni edir. Hətta yeni il süfrəsində yeməyə çörək olmadığı üçün və uşaqları üzgün görməsin deyə qızıl dişlərini çəkdirib pula çevirib və ailəsi üçün bazarlıq edib. Həmin reportajı buradan oxuya bilərsiniz.

 

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/276863

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR