OPEC-in neft ixracından gəlirləri 11 illik minimuma enib

OPEC-in neft ixracından gəlirləri 11 illik minimuma enib
14:42 13 İyun 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 13 iyun. REPORT.AZ/ Neft İxrac edən Ölkələr Birliyinin (OPEC) üzvləri 2016-cı ildə neft ixracından ümumilikdə 445,684 mlrd. ABŞ dolları məbləğində gəlir əldə edib.
“Report” xəbər verir ki, bu barədə kartelin illik statistika icmalında bildirilir.
İcmala əsasən, bu, 2015-ci illə müqayisədə 13,2% azdır və 2005-ci ildən bəri ən aşağı həddir.
Xatırladaq ki, OPEC ölkələri ən yüksək nəticəyə 2012-ci ildə nail olub və onların “qara qızıl” ixracından gəlirləri 1,183 trln. dollar olub. 
Ötən ilin yekunlarına görə, İran OPEC üzvləri arasında yeganə ölkə olub ki, neft ixracından gəlirlərini artırıb. İslam Respublikası 1,5 dəfəlik artımla 41,123 mlrd. dollar qazanıb.
Qeyd edək ki, 2016-cı ildə OPEC ölkələri ixrac etdiyi neftin sutkalıq həcmini 6,5% artıraraq 25,014 mln. barelə çatdırıb. 

Xəbərin orijinal ünvanı: https://report.az/energetika/opec-in-neft-ixracindan-gelirleri-11-illik-minimuma-enib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR