"İnter" "pley-off"a çıxsa, "Neftçi" Səlahətini qaytaracaq

"İnter" "pley-off"a çıxsa, "Neftçi" Səlahətini qaytaracaq
14:47 13 İyun 2017
61 İdman
Ölkə mətbuatı
A- A+

"Neftçi"yə transfer olunan Səlahət Ağayevin Avropa Liqasında "İnter"in formasını geyinəcək. Buna səbəb Bakı klubuna FIFA tərəfindən transfer qadağası qoyulmasıdı.


Qadağaya əsasən "İnter" qış fasiləsinədək heyətinə yeni oyunçu qata bilməyəcək. Bu səbəbdən "İnter"lə "Neftçi" arasında Səlahətin Avroliqada komandaya kömək etməsi ilə bağlı razılıq əldə olunub. "Ağ-göylər"in "Qarabağ"la da analoji razılığı var. Belə ki, Ağdam klubuna keçən Abbas Hüseynovda turnirdə "İnter"in formasını geyinəcək.


Bəs çempionat başlayandan sonra vəziyyət necə olacaq? "İnter" Avroliqanın "pley-off" mərhələsinə vəsiqə qazansa, Premyer Liqada "Neftçi"nin qapısını kim qoruyacaq.


Fanat.Az-a verilən məlumata görə, tərəflər arasındakı anlaşmaya əsasən, Səlahət "İnter"ə yalnız ilkin təsnifat mərhələlərində yardımçı olacaq. Qolkiper çempionat başlayandan sonra "Neftçi"nin düşərgəsinə dönəcək. "İnter" "pley-off" və ondan sonrakı mərhələlərə vəsiqə qazansa, Zaur Svanadze heyətdəki digər qapıçı - Orxan Sadıqlının xidmətindən yararlanmalı olacaq.


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotnterquot-quotpley-offquota-cxsa-quotneftciquot-slahtini-qaytaracaq-t58674.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR