Lukaşenkodan KTMT-yə XƏBƏRDARLIQ: “Hərbi-siyasi vəziyyət kəskinləşir”

Lukaşenkodan KTMT-yə XƏBƏRDARLIQ: “Hərbi-siyasi vəziyyət kəskinləşir”
14:53 13 İyun 2017
64 Dünya
Ölkə mətbuatı
A- A+

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) məsuliyyət zonasında hərbi-siyasi vəziyyət kəskinləşir.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda Belarus prezidenti Aleksandr Lukaşenko Minskdə KTMT-yə üzv dövlətlərin müdafiə nazirlərilə görüşündə deyib.

“Biz bu il kollektiv təhlükəsizlik haqqında müqavilənin imzalanmasının iyirmi beş illiyini qeyd edirik. Bütün bu illər ərzində KTMT-nin məsuliyyətinin zonasında hərbi-siyasi vəziyyəti sakit adlandırmaq olmaz. İndiki mərhələdə vəziyyət daha da kəskinləşir”, - Lukaşenko bildirib.

Qeyd edək ki, KTMT-yə Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya və Tacikistan daxildir.

Ömər Dağlı


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/202420.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR