Mobil telefonlar kredit borcuna görə bağlana bilər

Mobil telefonlar kredit borcuna görə bağlana bilər
14:57 13 İyun 2017
29 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycanda mobil telefonların pərakəndə satış məntəqələri IMEI-kodlarının qeydiyyat sisteminin "Girov" moduluna qoşulub.

Milli.Az xəbər verir ki, bu barədə Trend-ə layihəyə yaxın mənbə məlumat verib.

Məlumata görə, "Girov" modulu kredit borcunun ödənilmədiyi təqdirdə kreditlə əldə edilmiş mobil telefonları şəbəkədən ayırmağa imkan verir: "Hazırda bu modula bir çox mağaza qoşulub. İş təkcə Bakıda yox, ölkənin digər rayonlarında da həyata keçirilir".

Mobil telefon kreditlə əldə olunarkən müştəriyə əvvəlcədən məlumat verilir ki, borcun vaxtında ödənilməyəcəyi halda mobil telefona operatorlar tərəfindən xidmət göstərilməyəcək.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/553920.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR