Sumqayıtda sudan zəhərlənən uşaqların 46-sı hələ də xəstəxanadadır

Sumqayıtda sudan zəhərlənən uşaqların 46-sı hələ də xəstəxanadadır
14:57 13 İyun 2017
70 Ölkə
Ölkə mətbuatı
A- A+

Hazırda Sumqayıt şəhər 1 saylı Uşaq Xəstəxanasında 46 uşağın stasionar müalicəsi davam etdirilir.

Milli.Az xəbər verir ki, bu barədə modern.az-a Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova məlumat verib.
 
S.Əhmədova qeyd edib ki, bu gün onlardan 18 nəfərinin evə buraxılacağı gözlənilir:
 
"Bütün xəstələrə bütün lazımi tibbi yardımlar edilib".
 
İyunun 10-da Sumqayıt şəhəri H.Z.Tağıyev və Ceyranbatan qəsəbəsində uşaqlar arasında kütləvi zəhərlənmə faktı qeydə alınıb.
 
Məsələ ilə bağlı "Azərsu" ASC-nin yaydığı məlumatda bildirilir ki,  H.Z.Tağıyev qəsəbəsində uşaqlar arasında qeydə alınmış kütləvi zəhərlənmə içməli sudan baş verməyib. Suyun tərkibi standartlara cavab verir.
 
Səhiyyə Nazirliyinin iyunun 12-də yaydığı məlumatda bildirilib ki, Sumqayıt şəhərində zəhərlənən uşaqlarda aşkarlanan rotavirus infeksiyasıdır. Ehtimal olunur ki, onun yayılmasına səbəb su paylayıcı şəbəkədir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/553919.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR