Bakıda kabel-kanalizasiya quyularında təhlükə...?

İntensiv yağışların yağması Bakı ərazisində istismarda olan kabel-kanalizasiya quyuları üçün ciddi təhlükə yaratmır.

Bu barədə Metbuat.az-a Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən bildirilib.

Bildirilir ki, son bir ildə kabel-kanalizasiya quyuları və xətt təsərrüfatı normativlərə uyğun vəziyyətə gətirilib. Artıq mövcud quyuların 70%-i lazımi standartlara cavab verir. Bu isə o deməkdir ki, quyulara su sızması kommunikasiyanın keyfiyyətinə ciddi təsir etmir. Bundan başqa, bu cür hallarda qəza briqadaları su ilə dolmuş quyuları operativ şəkildə mobil nasoslar vasitəsilə təmizləyirlər.

Hazırda “Baktelekom”un yeni yaradılmış Şəbəkə Əməliyyat Sistemində (Network Operation Center) istismarda olan xətlərdə heç bir nasazlıq qeydə alınmayıb.

Abunəçilərdən hər hansı problem yarandığı zaman “155” Çağrı Mərkəzinə müraciət etmələri xahiş olunur.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR