Azərbaycanda 7 dövlət əmlakı özəlləşdirilib

Azərbaycanda 7 dövlət əmlakı özəlləşdirilib
15:02 13 İyun 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 13 iyun. REPORT.AZ/ Bu gün Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı növbəti hərracını keçirib. 
Komitədən "Report"a verilən məlumata görə, hərracda 5 kiçik dövlət müəssisəsi, 2 istifadəsiz qeyri-yaşayış sahəsi olmaqla 7 əmlak özəlləşdirilib. 
Bunlardan 1 kiçik dövlət müəssisəsi və 1 istifadəsiz qeyri-yaşayış sahəsi paytaxtın Sabunçu rayonunda, 4 kiçik dövlət müəssisəsi, 1 istifadəsiz qeyri-yaşayış sahəsi isə Tovuz, Gəncə və Oğuzda yerləşir.
Hərraca çıxarılan bir sıra əmlaklar torpaq sahəsi ilə birgə özəlləşdirilib. Torpaq sahəsi ilə birgə özəlləşən əmlaklar, hərracda cəlb ediciliyini yüksəltməklə daha çox investor marağını artırır. Belə obyektlərə Tovuzda yerləşən “Turan” kiçik dövlət müəssisəsini və Gəncədə olan təsərrüfat hesablı Təmir- Tikinti sahəsini nümunə kimi göstərmək olar. “Turan” kiçik dövlət müəssisəsinin torpaq sahəsi 1306 kv.m, ümumi faydalı sahəsi isə 298 kv.m-ə yaxındır. Təsərrüfat hesablı Təmir Tikinti sahəsinin isə torpaq sahəsi 281 kv.m, ümumi faydalı sahəsi 81 kv.m-ə yaxındır. Özəlləşdirilən əmlakların sahəsi 80 - 577 kv.m arasında dəyişir. 
Qeyd edək ki, hərracda daha az investisiya tələb edən əmlaklar da hərracda özəlləşdirilib. Bunlardan biri Gəncə şəhərində yerləşən sahəsi 30 kv.m olan qeyri-yaşayış sahəsidir.
Keçirilən hərracların nəticələri ilə tanış olmaq üçün aşağıdakı linkdən istifadə etmək kifayətdir:
http://www.emdk.gov.az/index.php/az/m%C3%BCsabiq%C9%99-v%C9%99-h%C9%99rraclar/n%C9%99tic%C9%99l%C9%99r
Dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı növbəti hərrac iyunun 20-də keçiriləcək. Hərraca ümumilikdə 193 dövlət əmlakı çıxarılıb. Bunlardan 25-i səhmdar cəmiyyəti, 90-nı kiçik dövlət müəssisə və obyekti, 70-i istifadəsiz qeyri-yaşayış sahəsi və 8-i nəqliyyat vasitəsidir.





Xəbərin orijinal ünvanı: https://report.az/biznes/azerbaycanda-7-dovlet-emlaki-ozellesdirilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR