Çəkiliş zamanı sürprizlə qarşılaşdı

Çəkiliş zamanı sürprizlə qarşılaşdı
15:05 13 İyun 2017
Ölkə mətbuatı
A- A+

Aktyor Ali Sunal aparıcısı olduğu "Bir sorunmu var?" verilişinin çəkilişləri zamanı gözləmədiyi vəziyyətlə üzləşib. 

Milli.Az axşam.az-a istinadən bildirir ki, Özlem Çapanoğlu adlı bir iştirakçı aktyorla söhbəti əsnasında ona eşq elan edib. Özlem 200 nəfər tamaşaçının qarşısında bunları deyib:
 
"13 sentyabr, 1977-ci ildə anadan olmuşam. Sizinlə eyni il, eyni ay və eyni bürcdənik. Ali bəy, bir-birimizə çox bənzəyirik. Bundan başqa, ikimizin də atası bizi cənnətdən izləyir. Sizə olan heyranlığım son zamanlar eşqə çevrilib". Bu sözlər həm Ali Sunalı, həm də tamaşaçıları qəhərləndirib.

Qeyd edək ki, Ali Sunal "Şaban" təxəllüsü ilə tanınan aktyor Kamal Sunalın oğludur.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/553904.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR