Azərbaycanda 46 sığorta agentinin lisenziyası dayandırılıb

Azərbaycanda 46 sığorta agentinin lisenziyası dayandırılıb
15:12 13 İyun 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 13 iyun. REPORT.AZ/ Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) Direktorlar Şurasının 9 iyun 2017-ci il tarixli qərarı ilə bəzi sığorta agentlərinə verilmiş lisenziyaların qüvvəsi 3 ay müddətinə dayandırılıb, 2 sığorta agentinin lisenziyası isə ləğv edilib.
“Report” Palataya istinadən xəbər verir ki, iclasda Sığorta Bazarına Nəzarət Departamentinin 46 nəfər fiziki şəxsin sığorta agenti fəaliyyətinə verilmiş lisenziyanın 3 ay müddətinə dayandırılması müraciətinə baxılaraq, müsbət qərar qəbul edilib. Lisenziyaların dayandırılmasına səbəb, sığorta agentlərinin “Sığorta fəaliyyəti haqqında” qanunun tələblərinə riayət etməyərək MBNP-yə rüblük hesabatları təqdim etməmələri olub.
İclasda həmçinin, Emin Şahgəldi oğlu Şahzadə və Elxan İlham oğlu Qubadovun MBNP-yə müraciəti əsasında onların sığorta agenti fəaliyyətinə verilmiş lisenziyaları ləğv edilib. 

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/azerbaycanda-46-sigorta-agentliyini-lisenziyasi-dayandirilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR