Qatıqlı kababın hazırlanması

İftara asan və dadlı kabab bişirmək istəyirsiniz?

Metbuat.az qatıqlı kababın hazırlanma qaydasını təqdim edir:

Tərkibi:

Yarım kq quzu əti

1 yemək qaşığı maye yağ

1 ədəd quru soğanın suyu

2 ədəd kiçik pide

2 yemək qaşığı yağ

1 çay qaşığı qırmızı istiot

1 qəhvə fincanı qaynar ət suyu

2 stəkan qatıq

Duz, istiot

Hazırlanması:

Əti xırda-xırda doğrayın. Bir qabın içərisinə qoyduğunuz ətin üzərinə soğan suyu, duz və istiot əlavə edib saxlayın. Şişin üzərinə xırda doğradığınız əti düzün və manqalda bişirin. Tavanın içərisinə maye yağ töküb qızdırın. Pideləri xırda kəsib tavanın içərisinə tökün, istiot əlavə edib qızardın. Üzərinə qaynar ət suyu əlavə edin və bir dəfə qarışdırıb qapağı qapalı şəkildə ocaqdan alın. Pideləri boşqabın üstünə qoyun, üzərinə qatıq tökün.

Şiş kababları qatığın üzərinə çıxarın. Başqa bir qabda qırmızı istiotla yağı qovurub servis boşqabının üzərinə tökün.

Nuş olsun!

Aysel Yaqubqızı / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR