Moskvada 3 yaşlı azərbaycanlı uşaq beşinci mərtəbədən yıxıldı

Moskvada 3 yaşlı azərbaycanlı uşaq beşinci mərtəbədən yıxıldı
15:32 13 İyun 2017
64 Ölkə
Ölkə mətbuatı
A- A+

Moskva şəhərində azərbaycanlı ailənin 3 yaşlı oğlu pəncərədən yıxılıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə ötən gün baş verib. Beşinci mərtəbədən pəncərədən yıxılan uşaq ciddi bədən xəsarətləri alıb.
 
Hadisə zamanı uşağın anası evdə olub. Küçədən keçən şahidlərin bildirdiyinə görə, uşaq ağcaqanaddan qorunmaq üçün pəncərəyə vurulmuş toru itələyib və yerə düşüb. Hadisə yerinə dərhal təcili tibbi yardım çağırılıb.
 
Hazırda uşaq reanimasiya şöbəsindədir, həkimlər vəziyyətinin çox ağır olduğunu bildirirlər.
 
Məlum olub ki, uşağın ailəsi həmin evdə yaşamır, dostlarıgilə qonaq gəlib. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/incedent/553925.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR