DİM sonuncu sınaq imtahanının nəticələrini açıqlayıb

DİM sonuncu sınaq imtahanının nəticələrini açıqlayıb
15:32 13 İyun 2017
49 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 13 iyun. REPORT.AZ/ Dövlət İmtahan Mərkəzi (DİM) iyunun 11-də keçirilən sonuncu sınaq imtahanının nəticələrini açıqlayıb. 
DİM-dən "Report"a verilən məlumata görə, hər bir abituriyent mərkəzin internet saytına daxil olaraq imtahan nəticələri və cavab kartının qrafik təsviri ilə tanış ola bilər. Abituriyentlər imtahan nəticələri barədə məlumatı, həmçinin iş nömrələrini mobil telefonla 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər.
Sınaq imtahanında iştirak etmək üçün qeydiyyatdan keçən 15 274 abituriyentdən 350 nəfəri imtahana gəlməyib. İmtahan qaydalarına zidd hərəkətlərə yol verdikləri üçün 4 abituriyentin imtahan nəticələri ləğv edilib. 

Xəbərin orijinal ünvanı: https://report.az/elm-ve-tehsil/di-m-sonuncu-sinaq-imtahaninin-neticelerini-aciqlayib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR