Prezident İlham Əliyev mərhum energetika naziri Natiq Əliyevin məzarını ziyarət edib

Prezident İlham Əliyev mərhum energetika naziri Natiq Əliyevin məzarını ziyarət edib
15:36 13 İyun 2017
54 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Bu gün Azərbaycan Prezidenti İlham Əliyev mərhum energetika naziri, “Şöhrət” ordenli, Əməkdar Mühəndis Natiq Əliyevin məzarını ziyarət edib.

Dövlətimizin başçısı İlham Əliyev Fəxri xiyabanda Natiq Əliyevin məzarının önünə gül dəstələri qoydu, xatirəsinə dərin ehtiramını bildirdi.

Prezident İlham Əliyev Natiq Əliyevin oğlu Fərhad Əliyevə bir daha başsağlığı verdi.

Fərhad Əliyev atasının xatirəsinə göstərilən ehtirama görə dövlətimizin başçısına minnətdarlıq etdi.


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/politics/2766140.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR