4 abituriyentin imtahan nəticələri ləğv edildi

4 abituriyentin imtahan nəticələri ləğv edildi
15:38 13 İyun 2017
162 Ölkə
Ölkə mətbuatı
A- A+

Dövlət İmtahan Mərkəzi (DİM) iyunun 11-də keçirilmiş sınaq imtahanının nəticələrini elan edib.

DİM-dən Publika.az-a verilən məlumata görə, sınaq imtahanında iştirak etmək üçün qeydiyyatdan keçmiş 15274 abituriyentdən 350 nəfəri imtahana gəlməyib. İmtahan qaydalarına zidd hərəkətlərə yol verdikləri üçün 4 abituriyentin imtahan nəticələri ləğv edilib.

Hər bir abituriyent qurumun internet saytına daxil olaraq imtahan nəticələri və cavab kartının qrafik təsviri ilə tanış ola bilər. Abituriyentlər imtahan nəticələri barədə məlumatı, həmçinin iş nömrələrini mobil telefonla 7727 nömrəsinə göndərməklə öyrənə bilər.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/bilik/202431.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR