İyunun 11-də keçirilmiş sınaq imtahanının nəticələri açıqlandı

İyunun 11-də keçirilmiş sınaq imtahanının nəticələri açıqlandı
15:44 13 İyun 2017
230 Digər
Ölkə mətbuatı
A- A+

 

Dövlət İmtahan Mərkəzi (DİM) iyunun 11-də keçirilmiş sınaq imtahanının nəticələrini açıqlayıb. 

 

DİM-dən Lent.az-a verilən məlumata görə, hər bir abituriyent DİM-in internet saytına daxil olaraq imtahan nəticələri və cavab kartının qrafik təsviri ilə tanış ola bilər. Abituriyentlər imtahan nəticələri barədə məlumatı, həmçinin iş nömrələrini mobil telefonla 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər.

 

Qeyd edək ki, sınaq imtahanında iştirak etmək üçün qeydiyyatdan keçmiş 15274 abituriyentdən 350 nəfəri imtahana gəlməyib. İmtahan qaydalarına zidd hərəkətlərə yol verdikləri üçün 4 abituriyentin imtahan nəticələri ləğv edilib. 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/276881

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR