Bu gecə ilk Qədr gecəsidir

Bu gecə ilk Qədr gecəsidir
15:47 13 İyun 2017
1938 Ölkə
Ölkə mətbuatı
A- A+

Bu gün Azərbaycanda Ramazan ayının ilk Qədr gecəsi (əhya) qeyd olunacaq.

Milli.Az xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsindən oxu.az-a bildirilib ki, ilk Qədr gecəsi Ramazan ayının 18-ci gününə, yəni iyunun 13-dən 14-nə keçən gecəyə təsadüf edir.

Ramazan ayının ikinci Qədr gecəsi iyunun 15-dən 16-na, üçüncüsü 17-dən 18-nə keçən gecən qeyd olunacaq.

Ramazan ayının sonuncu Qədr gecəsi Ramazan ayının 26-cı günü, yəni iyunun 21-dən 22-nə keçən gecəyə təsadüf edəcək.

Qeyd edək ki, Qədr gecəsi Allahın kitabı "Quran"ın nazil olduğu gecədir. "Qurani-Kərim" İslam peyğəmbərinə 23 il ərzində hissə-hissə və Qədr gecəsində bütövlükdə nazil olub. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/553934.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR