Cavanşir Məmmədovun yas mərasimi üçün molla...

Əməkdar artist Cavanşir Məmmədov gələcək planları ilə bağlı etiraflar edib.

Metbuat.az xəbər verir ki, "10 -dan sonra " verilişinə açıqlama verən müğənni maraqlı açıqlamaları ilə yadda qalıb. Öz ölümünə hazır olan ifaçı yas mərasimi üçün mollanı illər əvvəl tutduğunu söyləyib:

"Hər insanı ölüm gözləyir. Məclislərin birində elə molla gördüm ki, oradan çıxıb gedə bilmədim. Həmin molla məclisi o qədər savadlı idarə etdi ki, məni məndən aldı. Ondan çox şey öyrənmişəm. Ona 5 il əvvəldən beh də vermişəm. Demişəm, "Cavanşir Məmmədov rəhmətə gedib" sözünü eşidən kimi bizdə ol."

Sərdar Məmmədov / Metbuat.az



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR