"Elə qara-qışqırıq salırlar ki, elə bil toylarda bomba var" -

"Toy" sözünü eşidəndə elə bilirlər bomba var"

Metbuat.az xəbər verir ki, bu sözlər "Ondan sonra" verilişində toyları tənqid edənlər haqqında danışan əməkdar artist Cavanşir Məmmədova məxsusdur.

"Toy olmalıdır da balam. Hamı istəyir ki, övladının xoş gününü görsün. İndi "toy" sözünü eşidəndə elə qara-qışqırıq salırlar ki, elə bil toylarda bomba var. Hər kəs də deyir ki, toylarda israfçılıq var. Bu adamın pulu var, istəyir övladına belə toy edir, sən bəyənmirsənsə, başqa cür elə", - deyə Cavanşir Məmmədov bildirib.

Dilarə Zamanova


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR