Məşhur həkim Bakıda xəstə qəbulu keçirir - FOTO

Məşhur həkim Bakıda xəstə qəbulu keçirir - FOTO
16:03 13 İyun 2017
Ölkə mətbuatı
A- A+

Kolumbiyadan dəvət edilmiş Javeraniya Universitetinin inteqrativ təbabət kafedrasının professoru, seqmentar-metamer biopunktura üsulunun banisi, tibb elmləri doktoru Arturo О’Birne dünən Bioloji Təbabət Klinikasında seminar keçirib.

Axar.az xəbər verir ki, seminarda tibb elmləri doktoru “Biotənzimləyici sistemli təbabət və qadın sağlamlığı” mövzusunda danışaraq öz təcrübələrini Bioloji Təbabət Klinikasının həkimləri ilə bölüşüb.

Professor Arturo О’Birne klinikanın həkimləri haqqında da fikir söyləyib. O, Bioloji Təbabət Klinikası həkimlərinin müntəzəm olaraq elmlə məşğul olduğunu və xəstəliklərin aradan qaldırılması üçün daim araşdırma apardıqlarını deyib. Tanınmış professor həkimlərin xəstələrə münasibətinin təqdirəlayiq olduğunu vurğulayıb.

Tədbirin sonunda Bioloji Təbabət Klinkasının professoru, tibb elmləri doktoru Fikriyyə İbrahimli Arturo О’Birneyə öz biliklərini və təcrübələrini klinikanın həkimləri ilə bölüşdüyü üçün təşəkkür edib.

Qeyd edək ki, Bioloji Təbabət Klinikasında professor Arturo O'Birne tərəfindən xəstə qəbulu və seminar iyunun 17-nə qədər davam edəcək. Seminarda biotənzimləyici təbabət və qadın sağlamlığı, leykoreya, bartolinit, kandidoz, kiçik çanaq orqanlarının iltihabı xəstəlikləri, menopauza haqqında danışılacaq.

Xəstə qəbulu iyunun 12-dən 17-nə qədər (saat 09:00-dan 13:00-dək) aşağıdakı xəstəliklər üzrə aparılır:

Mədə-bağırsaq traktı xəstəlikləri

Tənəffüs sistemi xəstəlikləri

Autoimmun xəstəliklər

Revmatoloji xəstəliklər

Sidik-cinsiyyət sistemi xəstəlikləri

Allergik xəstəliklər


Xəbərin orijinal ünvanı: http://publika.az/news/sehiyye/202435.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR