Rusiya prezidentinə 1,5 milyondan çox sual ünvanlanıb

Rusiya prezidentinə 1,5 milyondan çox sual ünvanlanıb
16:07 13 İyun 2017
47 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 13 iyun. REPORT.AZ/ Rusiya Prezdenti Vladimir Putinə iki gün ərzində 1,5 milyon sual ünvanlanıb.
“Report” xəbər verir ki, bu barədə “Rossiya24” telekanalı məlumat yayıb.
İyunun 15-də bu telekanal “Vladimir Putinlə birbaşa xətt” verilişi yayımlayacaq. 2004-cü il dekabrın 24-dən başlayaraq, ildə bir dəfə keçirilən həmin tədbirdə vətəndaşlar Rusiya prezidentinə müxtəlif səpgidə suallar ünvanlayırlar.
Məlumata görə, onların arasında yolların pis vəziyyətdə olması, mənzil şəraiti, ipoteka, məmurların məsuliyyəti, təhsil məsələləri, Ukraynadakı vəziyyət və sanksiyalarla bağlı sullar var. 

Xəbərin orijinal ünvanı: https://report.az/region/rusiya-prezidentine-1-5-milyondan-cox-sual-unvanlanib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR