Rusiyanın Ermənistana satdığı silahlar açıqlandı

Rusiyanın Ermənistana satdığı silahlar açıqlandı
16:12 13 İyun 2017
64 Dünya
Ölkə mətbuatı
A- A+

BMT Rusiyanın 2016-cı ildə silah satdığı ölkələrin adını açıqlayıb.

Milli.Az azvision.az-a istinadən xəbər verir ki, Beynəlxalq təşkilatın açıqladığı siyahıda müxtəlif ölkələrin, eləcə də Ermənistanın adı yer alıb.

BMT-nin adi silahlar haqqında qeydiyyatına əsasən, Rusiya bu ölkələrə "Smerç", "TOC-1A" ağır reaktiv artilleriya sistemləri, "Konkurs -M" tankəleyhinə raketlərlə yanaşı 300 ədəd zenit-raket kompleksi satıb.

Ermənistan tərəfi bir müddət əvvəl Rusiya hərbi sənayesinin ən son nailiyyətlərindən olan "Verba" və "İqla-S" zenit-raket komplekslərini aldığını iddia etmişdi.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/553936.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR