Nazir müavini: Azərbaycan xarici şoklara qarşı dayanıqlıq nümayiş etdirir

Nazir müavini: Azərbaycan xarici şoklara qarşı dayanıqlıq nümayiş etdirir
16:15 13 İyun 2017
Ölkə mətbuatı
A- A+

Bakı. Azad Həsənli - Trend:

Həyata keçirilən islahatlar sayəsində Azərbaycan xarici şoklara və mənfi proseslərə qarşı dayanıqlıq nümayiş etdirir.

Trend-in məlumatına görə, bunu Qara Dəniz Ticarət və İnkişaf Bankının (QDTİB) Azərbaycanın biznes və bank dairələri üçün təqdimatında iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov deyib.

O qeyd edib ki, son dövrlərdə Azərbaycanda sahibkarlıq mühitinin yaxşılaşdırılmasına yönəlmiş bir sıra strateji qərarlar qəbul edilib.

Nazir müavini bu qərarlar arasında biznesin həyata keçirilməsi üçün lisenziyaların sayının azaldılmasını, dövlət satınalmaları prosesində iştirak çərçivəsində yerli sahibkarlar üçün güzəştlərin tətbiqini vurğulayıb: “Azərbaycanda həmçinin sənaye parkları da mövcuddur ki, buranın rezidentləri müxtəlif güzəştlərə malikdir, o cümlədən yeddi il müddətinə vergi və rüsumlardan azad edilib”.


Xəbərin orijinal ünvanı: http://az.trend.az/business/economy/2766114.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR