Azərbaycanda binaların seysmikliyə davamlılığı yeni metodla hesablanacaq (FOTO)

Azərbaycanda binaların seysmikliyə davamlılığı yeni metodla hesablanacaq (FOTO)
16:36 13 İyun 2017
44 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Azərbaycanda binaların seysmikliyə davamlılığının öyrənilməsi üçün yeni metodlar tətbiq ediləcək.

AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən (RSXM) Trend-ə verilən məlumata görə, bununla bağlı Azərbaycanda səfərdə olan Kanadanın Geologiya Xidmətinin əməkdaşı, Viktoriya Universitetinin professoru Tuna Onur AMEA nəzdində RSXM-də təqdimatla çıxış edərkən bildirib. ABŞ, Kanada və Avropada tətbiq edilən metodlardan danışan Tuna Onur Azərbaycanda da bu metodların tətbiq ediləcəyini və artıq bununla bağlı yerli əməkdaşlar üçün təlimə başladığını bildirib.

RSXM-nin baş direktoru, AMEA-nın müxbir üzvü Qurban Yetirmişli isə bildirib ki, bu vaxta qədər də Azərbaycanda tikilən binaların hər birinin ayrıca seysmik davamlılığı hesablanır. Ölkəmizdə ən müasir metodların tətbiqinin vacib olduğunu qeyd edən baş direktor gənc kadrların bu sahəyə yönəldildiyini qeyd edib.


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2766175.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR