Qız qülləsinə baxmaq ödənişlidir

Qız qülləsinə baxmaq ödənişlidir
16:53 13 İyun 2017
58 Dünya
Ölkə mətbuatı
A- A+

İstanbul Böyükşəhər Bələdiyyəsi (İBB) və Üsküdar Bələdiyyəsinin CHP-li Məclis üzvü Nezih Küçükerden Qız qülləsini işğal edən ticarətçilər haqqında məsələni gündəmə gətirib.

Publika.az xəbər verir ki, İstanbulun ən gözəl mənzərəsinə malik Qız Qülləsinin tam qarşısında sahil kənarında iaşə obyektləri işlədən vətəndaşlar əhaliyə pul qarşılığında mənzərəyə baxmağa icazə verirlər.

Günəşdən qorunmaq üçün qoyulan böyük çətirlərin altında fəaliyyət göstərən bufet və kafelərdən nəsə almadan mənzərəyə baxmaq qadağandır.

Hadisənin araşdırılması istiqamətində müraciət CHP-li Məclis üzvləri Ərdal Tüfekçi, Ercan Erdem və Yunus Canın da imzaları ilə rəhbərliyə təqdim edilib.

Könül Cəfərli


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/202434.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR