Türkiyəni qorxuya salan şəxs: bir gün öncədən "6.3 gəlir. Havanı qoxlayıram" yazmışdı - FOTO

Türkiyəni qorxuya salan şəxs: bir gün öncədən "6.3 gəlir. Havanı qoxlayıram" yazmışdı - FOTO
17:05 13 İyun 2017
71 Dünya
Ölkə mətbuatı
A- A+

Ötən gün günorta saatlarında Egey dənizində 6.3 bal gücündə zəlzələ baş verdiyi və təkanların İstanbul, Tekirdağ, Çanaqqala və İzmirdə hiss edildiyi haqda məlumat vermişdik.

"Hər kəs hazır olsun" - Türkiyəyə zəlzələ XƏBƏRDARLIĞI - VİDEO - FOTO - YENİLƏNİB

Lakin hal-hazırda bütün Türkiyəni maraqlandıran 6.3 bal gücündə qorxulu zəlzələnin olacağı ilə bağlı bir gün öncədən sosial şəbəkə hesabında paylaşım edən şəxsin kimliyidir.

Milli.Az baho-ya istinadən xəbər verir ki, "AYBERK" adlı bu şəxs Twitter hesabından zəlzələdən bir gün öncə bu xəbərdarlığı edib: "Gözləriniz görmür, qulaqlarınız eşitmirmi? Sizi doğan ananın xəbərdarlığını hiss etmirsinizmi? BU GECƏ ZƏLZƏLƏ GECƏSİ".

Profil adı "AYBERK" olan şəxs ardıcıl ikinci paylaşımında isə etdiyi qeydlərlə oxuyanlara əsl şok yaşadıb. Zəlzələnin episentrinə kimi dəqiqliklə qeyd edilən həmin paylaşımı təqdim edirik:

"6.3 gəlir. Hər kəs tədbirini görsün. Havanı qoxlayıram, mən nə deyirəmsə o olacaq".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/553989.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR