III respublika müsabiqəsinin yekun konserti

14 iyun, saat 16.00-da Beynəlxalq Muğam Mərkəzində Gənc pianoçuların III respublika müsabiqəsinin yekun konserti keçiriləcək.

Metbuat.az xəbər verir ki, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin tərəfindən 2017-ci ilin 1-23 may tarixində gənc pianoçuların ənənəvi respublika müsabiqəsi təşkil edilib. Müsabiqə 2 turdan ibarət olaraq, 9-18 yaşlı uşaq və gənclər arasında 3 yaş qrupu üzrə (I qrup: 9 -11 yaş, II qrup: 12-14 yaş, III qrup: 15-18 yaş) regionlar üzrə Bakı, Gəncə, Şəki şəhərləri və Ağcabədi, Ağstafa, Xaçmaz, Masallı rayonlarında keçirilib. Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının tədris işləri üzrə prorektoru, respublikanın əməkdar müəllimi, professor Nərminə Quliyevanın sədrlik etdiyi, tanınmış musiqiçi və müəllimlərindən ibarət münsiflər heyəti 400-ə yaxın şagird və tələbənin çıxışını qiymətləndirib.

Münsiflər heyətinin qərarına əsasən, Q.Qarayev adına Mərkəzi İncəsənət, Bakı və Naftalan şəhər musiqi məktəblərinin şagirdləri, Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kollecinin, Sumqayıt Musiqi Kollecinin və Lənkəran Dövlət Humanitar Kollecinin tələbələri müsabiqənin müxtəlif dərəcəli diplomlarına layiq görülüblər.

Müsabiqəyə yüksək səviyyədə şagird və tələbə hazırlamış müəllimlər Fəxri Fərmanla təltif olunublar.

Aytən Novruzova / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR