AMEA cənub zonasında radon riskli zonaları müəyyənləşdirmək məqsədilə tədqiqat aparır

AMEA cənub zonasında radon riskli zonaları müəyyənləşdirmək məqsədilə tədqiqat aparır
17:07 13 İyun 2017
49 Ölkə
Ölkə mətbuatı
A- A+

 Bakı. 13 iyun. REPORT.AZ/ Azərbaycan Milli Elmlər Akademiyası Geologiya və Geofizika İnstitutu (GGİ) ölkənin cənub zonasında radon riskli zonaları müəyyənləşdirmək məqsədilə tədqiqat aparır.
İnstitutun İctimaiyyətlə əlaqələr şöbəsidən "Report"a verilən mlumata görə, Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında radon təhlükəsinin tədqiqi və azaldılması üzrə 2014-2018-ci illər üçün Tədbirlər Proqramı” çərçivəsində aparılan tədqiqat işləri Salyan, Biləsuvar, Cəlilabad, Masallı, Lənkəran, Astara, Lerik, Yardımlı rayonlarının ərazisində həyata keçirilir. 
Tədbirlər Proqramının həyata keçirilməsində Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə  Fövqəladə Hallar Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Səhiyyə Nazirliyi iştirak edir.
Araşdırmalar GGİ-nin Çöküntü hövzələrinin geokimyası və flüid dinamikası şöbəsinin rəhbəri akademik Əkpər Feyzullayev, Geoloji mühitin radiometriyası şöbəsinin rəhbəri, AMEA-nın müxbir üzvü Çingiz Əliyev, elmi işlər üzrə direktor müavini, AMEA-nın müxbir üzvü Dadaş Hüseynov və Geotermiya şöbəsinin böyük elmi işçisi Rauf Bağırlı iştirak edir.
Tədqiqatlar zamanı radon riskli zonalar aşkar edilib, qazın təbiəti öyrənilib, qapalı məkanlarda radonun həcmi aktivliyi təyin olunub.





Xəbərin orijinal ünvanı: https://report.az/elm-ve-tehsil/amea-cenub-zonasinda-radon-riskli-zonalari-mueyyenlesdirmek-meqsedile-tedqiqat-aparir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR