Bu azərbaycanlı bütün dünyada axtarılır

Daha bir azərbaycanlı İnterpol xətti ilə axtarışa verilib.

Məlumata görə, axtarışa verilən 1953-cü il təvəllüdlü Fətəli Quliyev cinayətkar dəstə yaratmaqda və digər ağır cinayətlərdə ittiham edilir.

F.Quliyev barəsində başlanmış cinayət işinin istintaqından yayındığı üçün Azərbaycanın məhkəmə orqanı onun barəsində həbs qəti imkan tədbiri seçib.

Həmin qərar əsasında da F.Quliyev İnterpol xətti ilə beynəlxalq axtarışa verilib. //Trend


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR