Qazla təmin olunan abonentlərin sayı 2 mln. nəfəri ötüb

Qazla təmin olunan abonentlərin sayı 2 mln. nəfəri ötüb
17:47 13 İyun 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 13 iyun.REPORT.AZ/ Bu ilin may ayı ərzində Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyində əhali sektoru üzrə 6 431 yeni abonent qeydiyyata alınıb.
“Report”un “Azəriqaz”a istinadən verdiyi xəbərə görə, bunun da 3 599-u Bakı, Abşeron və Sumqayıt, 2 832-si isə regionlar üzrədir.
Bununla da ölkə üzrə təbii qazla təmin olunan abonentlərin sayı 2 045 046-ya çatıb.
Bu il iyunun 1-i tarixinə olan məlumata görə, qeyri-əhali sektoru üzrə ölkədə 431 məscid və dini məbədə təbii qazdan istifadə üçün limit ayrılıb.

Xəbərin orijinal ünvanı: https://report.az/energetika/qazla-temin-olunan-abonentlerin-sayi-2-mln-neferi-otub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR