“Union Lizinq” səhmdarına hesabat verəcək

“Union Lizinq” səhmdarına hesabat verəcək
17:47 13 İyun 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 13 iyun. REPORT.AZ/ İyunun 16-da, saat 11:00-da “Union Lizinq” ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək.
“Report” xəbər verir ki, yığıncaq şirkətin yerləşdiyi Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal qəsəbəsi, ev 4 ünvanında (Xarici dairəvi yolun kənarında) olacaq.
Yığıncaqda “Union Lizinq”ın ötən ilki fəaliyyətinə dair maliyyə (mənfəət-zərər) hesabatları, mühasibat balansı təsdiq ediləcək, şirkətin maliyyə vəziyyəti müzakirə olunacaq.
Xatırladaq ki, "Union Lizinq" 2014-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 40 000 manatdır. Şirkətin səhmləri 100% Abdul Rüfət oğlu İsmayılova məxsusdur.

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/union-lizinq-in-sehmdarina-hesabat-verecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR