Tovuzda 25 yaşlı qadın ağrıkəsici dərmandan zəhərlənib

Tovuzda 25 yaşlı qadın ağrıkəsici dərmandan zəhərlənib
17:47 13 İyun 2017
57 Ölkə
Ölkə mətbuatı
A- A+

Tovuz. 13 iyun. REPORT.AZ/ Tovuz rayonunda 25 yaşlı qadın ağrıkəsici dərmandan zəhərlənib.
"Report"un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Köhnə Qala kəndində baş verib. 
Belə ki, həmin kəndin sakini, 1992-ci il təvəllüdlü Sədaqət Cabbar qızı Abbasova ağrıkəsici dərmanı həddindən çox istifadə etdiyi üçün zəhərlənib. Ailəsi tərəfindən xəstəxanaya yerləşdirilən qadının vəziyyətinin ağır olduğu bildirilib. 
Faktla bağlı araşdırma aparılır.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/tovuzda-25-yasli-qadin-agrikesici-dermandan-zeherlenib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR