Nobel mükafatlı Aziz Sancar BDU-da

Nobel mükafatlı Aziz Sancar BDU-da
17:53 13 İyun 2017
51 Ölkə
Ölkə mətbuatı
A- A+

Kimya üzrə Nobel mükafatı laureatı, ABŞ-ın Şimali Karolina Universitetinin professoru və əslən türk olan Aziz Sancar Bakı Dövlət Universitetində olub.

Publika.az xəbər verir ki, təhsil naziri Mikayıl Cabbarovun dəvəti ilə ölkəmizə səfər edən Aziz Sancarın Bakı Dövlət Universitetinə gəlişini yüksək qiymətləndirən rektor Abel Məhərrəmov BDU-nun yaranma və inkişaf tarixindən, bu təhsil ocağının beynəlxalq əlaqələrindən, əməkdaşlıq etdiyi aparıcı universitetlərdən, tanınmış assosiasiyalar və qurumlarla əlaqələrindən, beynəlxalq qrant layihələrində iştirakından danışıb.

Rektor, eyni zamanda, elm və təhsil sahəsində aparılan islahatlara diqqət çəkib, universitetdə Nobel mükafatları laureatları, dünyanın tanınmış alimləri və mütəxəssisləri ilə keçirilən görüşlərdən danışıb. Bakı Dövlət Universitetində olmaqdan məmnunluğunu ifadə edən Nobel mükafatı laureatı Aziz Sancar elmin müxtəlif istiqamətləri, o cümlədən biokimya, molekulyar biologiya və nanotexnologiyalar sahəsində aparılan işlərlə maraqlanıb.

Qarşılıqlı maraq doğuran görüş BDU-nun Nanoaraşdırmalar mərkəzində kimya və fizika fakültəsinin professor-müəllim heyəti, magistr və tələbələrinin iştirakı ilə davam edib. Rektor Abel Məhərrəmov bildirib ki, prezident İlham Əliyevin 2005-ci ildə Rumıniyaya rəsmi səfəri çərçivəsində imzalanmış əməkdaşlıq haqqında müqaviləyə əsasən yaradılan mərkəzdə ötən illər ərzində nobel mükafatları laureatlarının, o cümlədən dünyanın tanınmış alimlərinin mühazirələri dinlənilib. 12 il ərzində bu sahədə görülən işlər, əldə edilən nailiyyətlər haqqında məlumat verən rektor onu da bildirib ki, mərkəz universitetin təbiət fakültələrində bu sahədə aparılan elmi tədqiqatların əlaqələndirilməsi və genişləndirilməsi işində xüsusi xidmət göstərir.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/bilik/202448.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR