İstifadəçilər və satıcılar arasında ünsiyyət üçün platforma istifadəyə verilib

İstifadəçilər və satıcılar arasında ünsiyyət üçün platforma istifadəyə verilib
18:35 13 İyun 2017
Ölkə mətbuatı
A- A+

“Apple” şirkəti müştərilərin bizneslə ünsiyyəti üçün “Business Chat” platformasını istifadəyə verib. Təqdimatı “WWDC” konfransı çərçivəsində baş tutan yeni servis barədə ilk dəfə iyunun 6-da məlumat verilib. Xidmət alıcıların mal və xidmət tədarükçüləri ilə ünsiyyətini sadələşdirməyə imkan verir.

“ICTnews” Elektron Xəbər Xidməti “theRunet” resursuna istinadən yazır ki, “iMessage” məlumat mübadiləsi xidmətinə inteqrasiya olunan servis “Apple Pay” ödəniş sistemini və “Təqvim” əlavəsini dəstəkləyir. Hazırda servisin yeni funksiyalarını yalnız əlavə tərtibatçıları sınaqdan keçirə bilərlər. İstifadəçilər platformadan “iOS 11” əməliyyat sistemi işıq üzü görəndən sonra yararlanmaq imkanı əldə edəcəklər.

Məlumata görə, istifadəçilər “Safari”, “Maps”, “Spotlight” və ya “Siri” proqramlarında “iMessage” pəncərəsi aça biləcəklər. Proqram vasitəsilə görüş təyin etmək, təyyarə bileti almaq və orada yer seçmək mümkün olacaq. “Apple” mahiyyət etibarilə şirkətlər tərəfindən əlavə funksiyalarının qismən “Business Chat” platformasına inteqrasiya edilməsini istəyir.

Bundan əvvəl analoji funksiya “Facebook Messenger” messencerində yaradılıb. Onlar arasında fərq bundadır ki, burada istifadəçilər botlarla, “Apple”da isə insanlarla ünsiyyət qurur.

Nizam Nuriyev 



Xəbərin orijinal ünvanı: http://ictnews.az/read-48418-news-1.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR