Xərçəngdən əziyyət çəkən azərbaycanlı müğənni öldü - FOTO

Xərçəngdən əziyyət çəkən azərbaycanlı müğənni öldü - FOTO
19:05 13 İyun 2017
172 Ölkə
Ölkə mətbuatı
A- A+

Türkiyədə yaşayan azərbaycanlı opera müğənnisi Muxtar Rəsuloğlu vəfat edib. 

Milli.Az virtualaz.org-a istinadən bildirir ki, Antalya Dövlət Opera və Balet Teatrının solisti olan bariton səsli sənətkar 59 yaşında xərçəng xəstəliyindən müalicə aldığı Akdeniz Universiteti Xəstəxanasında dünyasını dəyişib.

O, 1999-cu ildən Azərbaycandan Türkiyəyə gələrək Antalyaya yerləşib. M. Rəsuloğlu 2 ildir xərçəngdən müalicə olunurdu. Ötən ay əməliyyat keçirən sənətçini həkimlərin səylərinə baxmayaraq xilas etmək mümkün olmayıb. Müğənni iyunun 14-də çalışdığı teatrda son dəfə səhnəyə çıxdıqdan sonra cənazəsi dəfn olunmaq üçün ailəsinin və yaxınlarının yaşadığı Azərbaycana göndəriləcək.

Muxtar Rəsuloğlunun ölüm xəbərini Haşim İşcan Mədəniyyət Mərkəzində "Aida" operasının məşqini keçirərkən məsləkdaşları onu səhnədə bir dəqiqəlik sükula yad ediblər.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/554032.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR