Mingəçevirdə dispanserdə dava düşüb, tibb bacısı həmkarını döyüb

Mingəçevirdə dispanserdə dava düşüb, tibb bacısı həmkarını döyüb
19:07 13 İyun 2017
67 Ölkə
Ölkə mətbuatı
A- A+

Mingəçevir. 13 iyun. REPORT.AZ/ Mingəçevir şəhər Rayonlararası Psixonevroloji Dispanserdə dava düşüb. 
“Report” Şirvan bürosunun verdiyi məlumata görə, əlbəyaxa dava səhiyyə ocağının kiçik tibb heyəti arasında qeydə alınıb.  
Belə ki, mübahisə zəminində Mingəçevir şəhər Rayonlararası Psixonevroloji Dispanserin tibb bacılarından biri həmkarı, 1978-ci il təvəllüdlü tibb bacısı Vəfa Rasim qızı Əşrofovanı döyərək ciddi xəsarət yetirib. Yaralı tibb bacısı təcili yardım maşını ilə Məingəçevir Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb. Ona kələ-beyin sarsıntısı diaqnozu ilə tibbi yardım göstərilib.
Faktla bağlı araşdırma aparılır.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/mingecevirde-dispanserde-dava-dusub-tibb-bacisi-hemkarini-doyub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR