Azərbaycanda avtomobil dəmir maneəyə çırpıldı - Yaralılar var

Azərbaycanda avtomobil dəmir maneəyə çırpıldı - Yaralılar var
19:12 13 İyun 2017
49 Ölkə
Ölkə mətbuatı
A- A+

Göygöldə iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə Bakı-Qazax magistralının Göygöl rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

Goranboy rayon sakini, 1980-ci il təvəllüdlü Allahverdiyev Saday Əşrəf oğlu idarə etdiyi "QAZ-24" markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və maşın yolun kənarında olan dəmir maneəyə çırpılıb. Qəza zamanı sürücü ağır, sərnişini isə yüngül xəsarət alıb. S. Allahverdiyev Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib.
 
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/incedent/554031.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR